AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Bitki ehtiyatları və Geobotanika şöbələrinin 2023-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası kecirilib.
İclasda Elmi Şuranın sədri, İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva elmi şuranın üzvləri, şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
İclası professor Səyyarə İbadullayeva açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
Əvvəlcə struktur bölmədə çalışan əməkdaşların ayrı-ayrılıqda plana uyğun icraçısı olduğu iş, mərhələ və ya bölmə üzrə hesabatları dinlənilib.
Şöbə müdirləri biologiya elmləri doktorları, professor Eldar Novruzov və Naibə Mehdiyeva hesabat məruzələri ilə çıxış ediblər. Məruzəçilər hesabat ilində yerinə yetirilən işlər, elmi nəticələr, çap olunan elmi əsərlər, konfrans və seminarlarda iştirak, xarici səfərlər, ekspedisiyalar, ezamiyyətlər, elmi kadrların hazırlanması və s. haqqında geniş məlumat veriblər.
Sonda professor S.İbadullayeva hesabatları məqbul hesab edib və növbəti ildə görülməsi nəzərdə tutulan elmi işlər haqqında müəyyən tapşırıq və tövsiyələrini verib.