AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 2023-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş növbəti hesabat iclası keçirilib.
İclasda Elmi Şuranın üzvləri, şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
Elmi Şuranın sədri, İnstitutun baş direktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçən iclasda “Etnobotanika” və “Biomorfologiya və fitointroduksiya” şöbələrinin 2023-cü il üçün elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.
Etnobotanika şöbəsinin baş elmi işçisi, b.ü.f.d. dosent Nuri Mövsümova və Biomorfologiya və fitointroduksiya şöbəsinin müdiri, b.e.d., professor Şakir Qasımovun təqdimatında geniş məruzələr dinlənilib. Məruzəçilər cari ildə aparılan elmi tədqiqat işləri, layihələr və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat veriblər. İcraçıların plana uyğun yerinə yetirdikləri iş, mərhələ və ya bölmə üzrə hesabatları dinlənilib.
Sonda hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib və şöbələrin 2023-ci il üçün illik hesabatları qəbul edilib.