Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres öz işini uğurla həyata keçirib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresdə Botanika İnstitutunun baş direktoru, professor Sayyarə İbadullayeva fəxri qonaq qismində iştirak edib.
Noyabrın 24-də bölmə iclasları ilə davam edən festival-konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı, biomüxtəlifliyi və digər müxtəlif sahələri əhatə edən elmi araşdırmalara dair məruzələr dinlənilib.
Professor S.İbadullayeva "Qərbi Azərbaycanın bioloji müxtəlifliyi" mövzusunda çıxış edib. Mövzu auditoriyada maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.
Sonda məruzəçilərə sertifikat təqdim olunub.