Arxiv
Botanika İnstitutunda illik hesabat iclasları davam edir
29.11.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 2023-cü ilin elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş növbəti hesabat iclası keçirilib.

İclasda Elmi Şuranın üzvləri, şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

Elmi Şuranın sədri, İnstitutun baş direktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçən iclasda Eksperimental botanika şöbəsinin 2023-cü il üçün elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Eksperimental botanika şöbəsinin müdiri b.ü.f.d., dosent Ələddin Qədimovun təqdimatında cari ildə aparılan elmi tədqiqat işləri, alınan nəticələr, nəşriyyat fəaliyyəti, kadr hazırlığı haqqında ətraflı məlumat verilib.

İcraçıların plana uyğun yerinə yetirdikləri iş, mərhələ və ya bölmə üzrə hesabatları dinlənilib.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib və şöbənin 2023-cü il üçün illik hesabatları qəbul edilib.