Arxiv
Botanika İnstitutunda şöbə və laboratoriyaların illik hesabatları qəbul olunub
06.12.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Elmi şuranın növbəti hesabat iclası keçirilib. İclasda Elmi Şuranın üzvləri, şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər. Elmi Şuranın sədri, İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva iştirakçıları salamladıqdan sonra onları iclasın gündəliyi ilə tanış edib. İclasın gündəliyinə əsasən Təhsil, İctimaiyyətlə əlaqələr, Beynəlxalq əlaqələr şöbələrinin, Həmkarlar təşkilatı, Gənc Alim və Mütəxəssislər və Qadınlar Şuralarının 2023-cü il üçün təşkilati fəaliyyətinin yekunlarına dair hesabatları dinlənilib. Sonda dinlənilən hesabatlarla bağlı müzakirə aparılıb, növbəti ildə görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndirilib və hesabatlar qənaətbəxş hesab olunub.