Arxiv
Botanika İnstitutunun Elmi şurasının iclası keçirilib
12.01.2024

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə  İbadullayeva gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.
İclasda şöbə və laboratoriya müdirlərinin 2024-cü il üçün aparılacaq elmi-tədqiqat işlərinin mövzu planları dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
İclasda professor elmi adı almaq üçün sənəd təqdim etmiş iddiaçılar b.e.d., dosent Aydın Əskərov və b.e.d., dosent Dilzarə Ağayevanın namizədliyinin müzakirəsi aparılıb.
Botanika İnstitutunun elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi barədə qərarlar qəbul edilib.
Sonda AR Elm və Təhsil nazirliyindən daxil olmuş müvafiq tapşırıqlara əsasən İnstitutda 2024-cü il üçün keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Elmi Şuranın iclası digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.