Arxiv
Botanika İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
02.02.2024

AR ETN Botanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 2 Fevral –Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib.

Tədbiri İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq, 2 fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Alim qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin gənclərə diqqət və qayğı göstərməsi Azərbaycan gəncliyində özünə inam hissini artırır. S.İbadullayeva vurğulayıb ki, gənclərin elmə cəlb olunması İnstitut rəhbərliyinin qarşıya qoyduğu vacib məsələlərdən biridir. Gənclərin beynəlxalq konfranslarda, elmi ezamiyyət və ekspedisiyalarda iştirakı, İnstitutun elmi jurnallarında məqalələrin çap olunması kimi məsələlərin həllinə  daim dəstək verildiyini bildirib.

GAMŞ-ın sədri, biologiya üzrə fəlsəfə doktoru Aydan Hüsüyeva çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, şura üzvləri adından İnstitut rəhbərliyinə təşəkkürünü bildirib, gəncləri təbrik edərək yeni elmi nailiyyətlər arzulayıb. 

Daha sonra Gənclər Günü münasibətilə Botanika İnstitutunun elmi və ictimai həyatında fəal iştirakına görə seçilən bir qrup gənc sertifikatla təltif olunub.