AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutan iclasda bir sıra məsələlər müzakirə olunub.
İclasda İnstitutun şöbə və laboratoriyalarında 2024-cü il üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin mövzu planı müzakirəyə qoyularaq yekdilliklə təsdiq olunub.
AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən gələn məktuba əsasən Botanika İnstitutunda “Mikologiya və ibtidai bitkilər” şöbəsinin adının qaytarılması, “Eksperimental mikologiya” və “Alqologiya və lixenobriologiya” laboratoriyalarının həmin şöbənin tərkibinə daxil edilməsi, həmçinin “Sistematika və biomüxtəliflik” şöbəsinin adının dəyişdirilərək “Ali bitkilərin sistematikası və filogeniyası” adlandırılması və həmin şöbənin nəzdində fəaliyyət göstərən laboratoriyaların “Flora və sistematika” və “Ali bitkilərin ekologiyası və coğrafiyası” adlandırılması təsdiqlənib.
İclasda İnstitutun bir qrup əməkdaşının yubiley yaşları qeyd olunub. S.İbadullayeva Botanika İnstitutunun kollektivi adından uzun illər institutda çalışmış Bitki ehtiyatları şöbəsinin baş elmi işçisi, b.e.d. dosent Ədilə Ələsgərovanın 75, Kadrlar şöbəsinin rəisi Lətifə Bədəlovanın, Eksperimental Botanika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Sədaqət Rəsulovanın, Sistematika və biomüxtəliflik şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Zərnigar Babayevanın və Biomorfologiya və fitointroduksiya şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Eldar Əliyevi 60 illik yubileyləri münasibətilə təbrik edib, onlara can sağlığı və uzun ömür arzulayıb.
Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.