Arxiv
Botanika İnstitutunun əməkdaşları "Elsevier” şirkəti tərəfindən təşkil olunan təlimdə iştirak ediblər
06.03.2024

Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəl qızı, biologiya üzrə fəlsəfə doktoru Aytən Fəttayeva və elmi işçi Şəbnəm İsayeva martın 6-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən keçirilən təlimdə iştirak ediblər.

Təlimdə Data əsaslı qərar qəbuletmə üçün “Scopus” elmmetrik bazasından istifadə, “Scopus” elmmetrik bazasına giriş - Tədqiqatçılar və universitetlər üçün üstünlükləri,  Effektiv ədəbiyyat icmalı üçün əsas axtarış strategiyaları, Yeni tədqiqat sahələri və jurnalları müəyyən etmək üçün istinad və nəşr tendensiyalarının təhlili, Müəllif profilinin idarə edilməsi, “ScienceDirect” bazasından səmərəli istifadə və beynəlxalq elmi jurnallarda elmi işlərə uyğun düzgün məqalələrin tapılması mövzuları üzrə zəruri məlumatlar diqqətə çatdırılıb.