11 mart 2024-cü il tarixində AR ETN-nin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında Botanika İnstitutunun doktorantı Humirə Zəfər qızı Hüseynovanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Xəzər sahilinin florası, bitkiliyi və onların səmərəli istifadəsi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib.
Təqdim edilən dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanovdur. H.Hüseynova dissertasiyanın əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Humirə Hüseynovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.