AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Mülki Müdafiə məşqi keçirilib. İnstitutun Mülki Müdafiə qərargahının rəisi Nazim Xəlilov fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda fikirlərini bildirib və tədbirin əsas məqsədinin rəhbər heyət tərəfindən Mülki Müdafiə planının öyrənilməsi və dəqiqləşdirilməsi, Mülki Müdafiə tədbirlərini yerinə yetirərkən rəhbər, komandir, rəis heyətinin bacarığının artırılması olduğunu deyib.