Arxiv
Botanika İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib
03.04.2024

AR ETN Botanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların 2023-2024-cü tədris ili üçün attestasiyası keçirilib.

Attestasiya Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub. Attestasiya Komissiyasının üzvləri doktorant və dissertantların dissertasiya işlərinin gedişatı ilə tanış olublar.

İclasda həmçinin təhsilini başa vuran, lakin hələ müdafiə etməyən sabiq doktorant və dissertantların müvcud problemləri  müzakirə edilib, prosesin sürətlənməsi üçün tövsiyələr verilib.

Sonda Attestasiya Komissiyasının üzvlərinin təklif və tövsiyələri dinlənilib, fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş doktorant və dissertantların növbəti ildə təhsillərini davam etdirmələri qərara alınıb.