Arxiv
Botanika ixtisası üzrə dissertasiya işi Elmi seminarda müzakirə olunub
16.05.2024

Mayın 16-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi seminarın iclasında AR ETN Dendrologiya İnstitutunun dissertantı Pərvin Səfər qızı Əsgərovanın  2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilib. "Magnoliaceae Juss. fəsiləsindən Magnolia L. və Liriodendron L. cinsinə aid bəzi növlərin Abşeron şəraitində introduksiyası və iqlimləşdirilməsi” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Elman Osman oğlu İskəndərdir. P. Əsgərova dissertasiyasının əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən P.Əsgərovanın dissertasiya işi əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.