Arxiv
Botanika İnstitutunun əməkdaşları elmi-praktik konfransda çıxış edib
24.05.2024

Botanika İnstitutunun əməkdaşları, biologiya elmləri doktoru, dosent Sevda Alverdiyeva və biologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Xəlilova “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransda çıxış edib. Azərbaycan Milli Elmlər Akademiyasının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Mərkəzi Elmi Kitabxanda 8 seksiya iclası keçirilib.
“Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri” üzrə seksiya iclasında S.Alverdiyeva “Xaçmaz rayonun lixenobiotasının biomüxtəlifliyi", X.Xəlilova isə "Ətraf mühitin qeyri-əlverişli şəraitinə qarşı mübarizədə bioloji yanaşmalar" mövzularında məruzə ilə çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.