Arxiv
Biologiya elmləri doktoru Sevda Alverdiyevanın yubileyi qeyd olunub
20.06.2024

AR ETN Botanika İnstitutunun əməkdaşı, Alqologiya və lixenobriologiya laboratoriyasının aparıcı elmi işçisi, b.e.d., dosent Sevda Alverdiyevanın yubileyi qeyd olunub. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva kollektiv adından alimi 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona möhkəm can sağlığı, elmi fəaliyyətində nailiyyətlər arzulayıb.