AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları tematik plana əsasən Masallı rayonunda alqofloranın öyrənilməsi, rayonda yayılan mamır növlərinin hazırki vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi məqsədi ilə monitorinq aparıblar.
Ekspedisiya zamanı Masallı rayonunun Viləş, Təzəkənd, Ulubaşı, Şirinsu, Sərçuvar, Mahmudavar, Köhnə Zuvand, Göyəçöl, Sirəbil və Yolağac kəndləri ərazisindən 10 marşrut üzrə 35 lixenoloji, 21 briofit və 15 yosun nümunəsi toplanılıb.
Yığılan nümunələr identifikasiya olunması üçün laboratoriyaya gətirilib. Təyin olunmuş növlərlə Masallı rayonunun alqoflorası arasında müqayisəli təhlil aparılacaq.