17-18 sentyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı (BCAA) və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə AR ETN Botanika İnstitutunda COP29-a həsr olunmuş "Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfrans keçiriləcək.