AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, İsveçrə Meşə, Qar və Landşaft Federal Tədqiqatlar İnstitutunun icraçı direktoru, Dr. Kristof Hegg və Meşə Sağlamlığı və Biotik Qarşılıqlı Əlaqələr şöbəsinin müdiri Dr. S. Prospero arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Saziş b.e.d. Dilzarə Ağayeva və Dr. Simone Prospero, elmi işçi Dr. Karolina Korneconnun İsveçrə Elm Fonduna birgə təqdim etdiyi layihənin maliyyələşdirməsinə əsaslanır. Üç il müddətində nəzərdə tutulan layihəyə əsasən tərəflərin birgə elmi tədqiqat işinin aparılması, müştərək ekspedisiyalar, qarşılıqlı səfərlər, konfranslarda iştirakı və gənc mütəxəssislərin təlimlərdə iştirakının təşkili həyata keçiriləcək.