Botanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, b.ü.f.d. Aydan Hüsüyeva və şuranın katibi Emin Hüsüyev Rusiya Federasiyasının Ufa şəhərində keçirilən “MDB dövlətlərinin yaradıcı və elmi ziyalılarının XVII Forumu”nda iştirak ediblər. Tədbirdə çıxış edən gənclər Azərbaycanda gənc alimlərə göstərilən dövlət dəstəyi, Azərbaycan alimlərinin MDB ölkələri alimləri ilə birgə qlobal elmi layihələrdə iştirakı barədə geniş məlumat veriblər. Həmçinin, elmin prioritet sahələrində perspektivli elmi tədqiqatlar aparan gənc alimlər üçün təsis edilmiş fərdi təqaüdlər, mükafatlar və s. haqqında məlumat veriblər. Çıxışın sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb. Həmçinin E. Hüsüyev tərəfindən “Forum plus” jurnalına müsahibə verilib.