Arxiv
Mikologiya və ibtidai bitkilər şöbəsinin növbəti iclası keçirilib
25.09.2024

AR ETN Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin növbəti iclası keçirilib. İclasda “Qarabağın flora və bitkiliyi” adlı kitabın hazırlanması üzrə görülən işlər müzakirə olunub. Mikoloji, alqoloji və lixenobrioloji herbarilərin təftişi üçün müəyyən tapşırıqlar verilib. Nizam-intizam qaydaları barədə müvafiq qərarlar qəbul olunub.