Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda COP 29-a dəstək məqsədilə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
Gəncə şəhərində baş tutan konfransda Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin əməkdaşları b.ü.f.d. Gulnar Sultanova və b.ü.f.d. Sevil Dadaşova iştirak ediblər. Sevil Dadaşova “Ağır metalların təsirindən zəifləyən fotosintetik aktivliyin təbii antioksidantlar ilə müdafiəsi” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.