Arxiv
“Qarabağın flora və bitkiliyi” adlı kitabın hazırlanması üçün yaradılan işçi qrupun növbəti iclası keçirilib
01.10.2024

Bu gün AR ETN Botanika İnstitutunda “Qarabağın flora və bitkiliyi” adlı kitabın hazırlanması üçün yaradılan işçi qrupun növbəti iclası keçirilib.
İstitutun baş direktoru, professor Səyyarə İbadullayevanın rəhbərliyi ilə keçən iclasda sözügedən kitabın hazırlanması üzrə görülən işlər, təqdim olunan yeni materiallar müzakirə olunub. Kitabın başa çatdırılması üçün yekun tapşırıqlar verilib, zəruri işlər üzrə səylərin artırılması və işçi qrup tərəfindən əlavə dəstəyin verilməsi tövsiyə olunub.