Arxiv
Botanika İnstitunun aliminə sertifikat təqdim olunub
04.10.2024

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Gülnar Sultanova sertifikata layiq gorülüb.

Sertifikat alimə “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxışına görə verilib. Gülnar Sultanova tədbirdə “Pestisidlərin təsiri altında eritrosit membranlarının ACHE fermentinin aktivliyinin dəyişdirilməsi mexanizmləri” (On the mechanisms of changing the activity of the enzyme ACHE of erythrocyte membranes under the action on pesticides) mövzusunda məruzə edib.

Qeyd edək ki, Qubada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktiki konfransda Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus və Ukraynadan müvafiq sahələrdə fəaliyyət göstərən alim və mütəxəssislər iştirak edib.