AR ETN Botanika İnstitutunda keçirilən COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” forumu çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Naxçıvan Dövlət Unveristeti, Gəncə Dövlət Unveristeti, Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutunun alimləri, həmçinin rusiyali alimlər iştirak ediblər. Dəyirmi masada forumun istiqamətləri üzrə geniş müzakirələr aparılıb, biomüxtəlifliyin qorunması üzrə gələcək hədəflər müəyyən olunub, yeni təkliflər irəli sürülüb. Sonda bir qrup iştirakçı çöl tədqiqatlarına yollanıb.
Forum işini davam etdirir.