AR ETN Botanika İnstitutunda "YAŞIL ARTIM" devizi ilə keçirilən COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” forumunun davamı olaraq Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası həyata keçirilib.
Aksiyada Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrası və Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın məqsədi ətraf mühitin qorunması və yaşıllıqların bərpası üçün vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.