Arxiv
“Qarabağ florasında yayılan dərman bitkilərindən istifadə perspektivləri” adlı vəsaitlər çap olunub
11.02.2025

Botanika İnstitutunda "Qarabağ florasında yabanı bioloji resursların taksonomik tərkibi və variativliyinin saxlanması üçün etnobioloji informasiyaların icmalara çatdırılması”  mövzusunda elmi-tədqiqat proqramı çərçivəsində 2 broşür və 3 buklet çap olunub.

“Qarabağ florasında yayılan dərman bitkilərindən istifadə perspektivləri” adlı vəsaitlərdə Azərbaycan florasında yayılan 100-dən çox dərman bitkisinin müxtəlif xəstəliklərin, həmçinin arıların, ev quşlarının və heyvanların müalicəsində istifadəsi haqqında məlumat verilib.  

Bu vəsaitlər Qarabağ icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və istifadə yollarını öyrətmək  məqsədi ilə paylanılacaq.