Botanika İnstitutunda 2025-ci il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin məşqi keçirilib.
Məşqdə fövqəladə hallar komissiyasının sədri, professor Şakir Qasımov, MM qərargahının rəisi Nazim Xəlilov və qərargah üzvləri, şöbə və laboratoriya müdirləri, mülki müdafiə manqalarının komandirləri və üzvləri iştirak ediblər.
MM qərargah rəisi N.Xəlilov İnstitutda mülki müdafiə hazırlığının vəziyyəti barədə geniş məlumat verib, inzibati binanın təxliyyə xəritəsi üzərində məşqin gedişini izah edib, eyni zamanda məşqin planının məzmununu diqqətə çatdırıb.
Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.