Aprelin 7-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi seminarın iclası keçirilib. Biologiya elmləri doktoru, professor Aydın Əskərovun sədrliyi ilə keçirilən iclasda AR ETN NDU-nun sabiq dissertantı Ülkər Məmmədovanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Naxçıvan Muxtar Respublikası florasında yayılan Valerianaceae Batsch – Pişikotukimilər fəsiləsinə daxil olan bitkilərin bioekoloji xüsusiyyətləri, ehtiyatı və fitokimyəvi tərkibi” mövzusunda təqdim etdiyi dissertasiya işi müzakirə olunub.
Təqdim edilən dissertasiya işinin elmi rəhbərləri AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və biologiya elmləri doktoru, dosent Ədilə Ələsgərovadır. Ü. Məmmədova dissertasiyasının əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Ü. Məmmədovanın dissertasiya işi əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.