Arxiv
Elmi Şuranın növbəti iclası keçirilib
09.04.2025

AR ETN Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda İnstitutun əməkdaşları, Geobotanika şöbəsinin müdiri, b.e.d. Naibə Mehdiyeva, Eksperimental Botanika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Zümrüd Abbasova, Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Sevil Zeynalova və baş iqtisadçı Sevda Paşayevanın yubileyləri qeyd olunub. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva kollektiv adından yubilyarları təbrik edib, onlara möhkəm can sağlığı, iş fəaliyyətlərində uğurlar arzulayıb.