Arxiv
Professor Səyyarə İbadullayeva AZƏRTAC-a müsahibə verib: Respublikamızın yabanı florasında 4750 növ ali bitki yayılıb
16.04.2025

Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Azərbaycanda adambaşına hazırda 0,12 hektar meşə sahəsi düşür. Azərbaycan Respublikası “ən az meşə örtüyü olan ölkələr” qrupunda yer alır.

Azərbaycanın dendroflorasının növ tərkibi etibarilə zəngin olduğunu vurğulayan alim deyib: “Respublikamızın yabanı florasında 4750 növ ali bitki yayılıb. Bunların da 435 növü ağac və kol bitkiləridir. Dendrofloranın 328 növü kol (75 faiz), 107 növü (25 faiz) ağacdır. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir. Azərbaycanda olan 144 adda endemik növün 50-dən çoxu ağac və kollardır (ümumi ağac və kolların 16 faizi).

https://azertag.az/xeber/professor_seyyare_ibadullayeva_respublikamizin_yabani_florasinda_4750_nov_ali_bitki_yayilib-3506051