Mayın 5-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya Şurasının tərkibində yaradılmış Elmi Seminar Şurasının iclası keçirilib. İclası şuranın sədri, biologiya elmləri doktoru, professor Aydın Əsgərov açaraq, AR ETN NDU-nun sabiq dissertantı Aysel Heydərovanın 2417.01 – Botanika ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Darıdağ ərazisinin florası və onun istifadə perspektivliyi” mövzusunda dissertasiya işini Seminar Şurasına təqdim edib.
Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Daşqın Qənbərovdur.
A. Heydərova dissertasiyasının əsas müddəalarını ətraflı şərh edib. Mövzu ətrafında geniş müzakirələr aparıib. Şura üzvləri iddiaçıya öz irad və təkliflərini bildirib. Səsvermənin nəticəsinə əsasən A. Heydərovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.