Arxiv
Akademik İradə Hüseynovanın yubileyi qeyd olunur
24.05.2025

Hörmətli İradə xanım!

Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun kollektivi Sizi yubiley gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, bütün şərəfli missiyalarınızı layiqincə yerinə yetirməyinizdə uğurlar  arzulayır.

Hörmətli İradə xanım! 60 il maraqlı hadisələr və mühüm nailiyyətlərlə dolu bütöv bir həyatdır. Sizin  uzunmüddətli elmi fəaliyyətiniz rəhbərlik etdiyiniz İnstitutun gənc alimləri üçün peşəsinə sadiqliyin nümunəsidir. Sizin AMEA-nın vitse-prezidenti kimi fəaliyyətiniz Azərbaycan elmi qarşısında xidmətlərinizin növbəti dəfə etirafı və ölkəmizin aparıcı alimləri arasında nüfuzunuzun təsdiqidir.

Əminik ki, sizin yüksək peşəkarlığınız, yaradıcı təcrübəniz və işə fədakarlığınız AMEA-nın vitse-prezidenti kimi bütün planlarınızı həyata keçirməyə imkan verəcəkdir.

Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən nüfuzlu “EkoMir-2024” beynəlxalq ekologiya mükafatına layiq görülməniz beynəlxalq elm aləmi tərəfindən Sizin gərgin fəaliyyətinizə verilən yüksək qiymətdir.

Sizə elmimizin rifahı naminə gələcək peşəkar  uğurlar, tükənməz enerji, cansağlığı və firavanlıq arzulayırıq!

 

    Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyi

Botanika İnstitutunun kollektivi adından, İnstitutun

 baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva