Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun mütəxəssisləri Məhsəti Qurbanova, Məlahət Həsənova və Nigar Ağayeva Bakı Modern Təhsil Kompleksində keçirilən Yer Kürəsi Gününə həsr olunmuş "Think Green, Go Green" layihəsinin həyata keçirilməsində iştirak ediblər. Layihə uşaqlarda təbiəti qorumaq və qayğısına qalmaq, yaşıllığı artırmaq, bitkilərə qulluq və s. vərdişləri aşılamaq məqsədi daşıyıb.