Arxiv
Botanika İnstitutu ilə Quaid-i-Azam Universiteti əməkdaşlıq edəcək
19.06.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Pakistanın Quaid-i-Azam Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafar imzalayıb.

Anlaşma memorandumuna əsasən birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, konfranslar, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.