Arxiv
Botanika İnstitutunda təlim keçirilib
20.06.2025

AR ETN Botanika İnstitutunda Quaid-i-Azam Universitetinin (Pakistan, İslamabad) Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafarın təqdimatında “Scopus və Web of Science bazalarında indeksləşən jurnallarda məqalə dərc etdirməyin yolları: Uğura aparan yol” mövzusunda təlim keçirilib.

Alim və mütəxəssislərin iştirakı ilə keçirilən seminarda SCOPUS və Web of Science beynəlxalq elmmetrik bazalarına təqdim olunan məqalələrin tərtibatı, tədqiqat işlərinin nəşr edilməsi prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması haqqında geniş məruzə dinlənilib. Professor beynəlxalq bazalarda yüksək reytinqli məqalələrin nəşr olunmasına dair öz uğurlu təcrübəsini gənc tədqiqatçılarla bölüşüb və tövsiyələrini verib. İştirakçıların sualları cavablandırılıb.