Arxiv
Botanika İnstitutunun alimi professor elmi adına layiq görülüb
30.06.2025

Botanika İnstitutunun alimi, biologiya elmləri doktoru Dilzarə Ağayeva professor elmi adına layiq görülüb.
İnstitutun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri biologiya elmləri doktoru Dilzarə Nadir qızı Ağayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20.06.2025-ci il tarixli qərarı ilə elmi fəaliyyətə görə biologiya elmləri sahəsinin 2430.01- “Mikologiya” ixtisası üzrə professor elmi adı verilmişdir.

Botanika İnstitutunun kollektivi adindan Dilzarə xanımı ürəkdən təbrik edir, ona can sağlığı, gələcək elmi və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.