Arxiv
Botanika İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
26.08.2025

AR ETN  Botanika İnstitutunun əməkdaşları, Eksperimental botanika şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələddin Qədimov və elmi işçisi Fidan Ələskərova, Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Muxtarova, Geobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Varzob dağ-botanik stansiyasının “Kondora” bazasında təşkil olunan Biomüxtəlifliyin tədqiqinə həsr olunmuş beynəlxalq seminarda iştirak ediblər.

Seminarda institutun əməkdaşları məruzələrlə çıxış edərək elmi nəticələrini təqdim edib və müxtəlif ölkələrdən olan alimlərlə qarşılıqlı fikir mübadiləsi aparıblar.

Sonda Botanika İnstitutunun əməkdaşları beynəlxalq iştirakçı sertifikatı ilə təltif olunublar.