Sentyabrın 17-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun dissertantı Elvin Hacı oğlu Kərimlinin 2432.01 - “Bioloji ehtiyatlar” ixtisası üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan florasında Asteraceae Giseke. və Apiaceae Lindl.” fəsilələrinin bəzi növlərinin fitokimyəvi tədqiqi və resurs potensialı” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib.
Təqdim edilən dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır. E.Kərimli dissertasiyasının əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Məruzəçinin çıxışı və elmi işlərinin səviyyəsi Seminar şurası tərəfindən yüksək qiymətləndirilib və elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin əsas müdafiəyə buraxılması qərara alınıb.