Bu gün AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.
İclasda Botanika İnstitutunun əməkdaşlarının Çin Xalq Respublikası, Tacikistan Respublikası və Pakistana elmi ezamiyyətləri barədə qısa hesabat verilib, səfərlərin nəticələri müzakirə olunub.
Botanika İnstitunun fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya 2025-2026-cı tədris ili üçün qəbulun nəticələri barədə məlumat verilib. Doktorantlar və onların dissertasiya mövzuları elmi şura üzvlərinə təqdim olunub.
Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.