AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda elm və təhsilin inteqrasiyası istiqamətində mühüm islahatlar həyata keçirilir. Botanika İnstitutu tələbələrin və şagirdlərin təcrübə keçmələri, müxtəlif maarifləndirici görüşlərin təşkili, tədris prosesində elmiliyin artırılması istiqamətində verdiyi töhfələr çərçivəsində Şəki şəhər 11 nömrəli tam orta məktəb və 8 nömrəli beynəlmiləl tam orta məktəbin şagirdləri fənn müəllimi Xatirə Şabəddinovanın rəhbərliyi ilə AR ETN Botanika İnstitutunda olublar. İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva şagirdlərlə görüşüb, onlara botanika elminə və elmi tədqiqatlara marağın artırılması istiqamətində bəzi elmi tövsiyələr verib.