Arxiv
Professor Səyyarə İbadullayeva “Tərəqqi” medalı ilə təltif olunub
06.11.2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə elm sahəsindəki xidmətlərinə görə Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Tərəqqi” medalı ilə təltif olunub.

Hörmətli Səyyarə xanım, bu təltif sizin uzun illər apardığınız tutarlı elmi tədqiqatlara, botanika elminin inkişafı və bu tədqiqatçıların yetişdirilməsi naminə göstərdiyiniz fəaliyyətə verilən yüksək qiymətdir.
Botanika İnstitutunun kollektivi adından sizi təbrik edir, möhkəm cansağlığı, gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayırıq.