Arxiv
"Plant & Fungal Research” jurnalının yeni nömrəsi nəşr olunub
08.01.2026

AR ETN Botanika İnstitutu Publik Hüquqi Şəxsin “Plant & Fungal Research” jurnalının növbəti – 8(2) nömrəsi çapdan çıxıb və jurnalın vebsaytına (www.plantfungalres.az) yerləşdirilib. Bu nömrədə Ukrayna, Türkiyə və yerli müəlliflərin təqdim etdiyi ümumilikdə 8 məqalə işıq üzü görüb. Jurnala daxil olan məqalələr DOİ identifikatoru ilə təmin olunub və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi internet səhifəsində AGRİS sisteminə yerləşdirilib.

Beynəlxalq tələblərə uyğun olaraq jurnala məqalə qəbulu ingilis dilində və yalnız elektron formada birbaşa www.plantfungalres.az internet saytı üzərindən ilboyu göndərilə bilər.

Məqalə göndərmək üçün qaydalarla sayt üzərindən “Müəlliflər üçün” bölməsindən daxil olaraq tanış ola bilərsiniz.