Arxiv
Azərbaycan aliminin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda dərc olunub
21.01.2026

Botanika İnstitutu Publik Hüquqi Şəxsin Mikologiya laboratoriyasının müdiri, professor Dilzarə Ağayevanın həmmüəllifi olduğu “Mapping the landscape of mycological organizations in europe: where citizen science meets professional mycology” (Avropada mikoloji təşkilatların mənzərəsinin xəritələşdirilməsi: vətəndaş elminin peşəkar mikologiya ilə qarşılaşması) adlı icmal tipli elmi məqalə Springer Nature qrupuna aid “Biodiversity and Conservation” jurnalında çap olunub. Bu jurnalın 2024/2025-ci illər üçün WoS və Scopus bazaları üzrə təsir göstəricisi (impact factor) 3.1  olub,  Q1 kvartilə daxildir.

Məqalə ilə tanış olmaq üçün göstərilən DOI linkindən istifadə edə bilərsiniz: https://doi.org/10.1007/s10531-025-03219-2