Arxiv
Botanika İnstitutunda Birləşmiş Həmkarlar Komitəsinə yeni sədr seçilib
04.02.2026

AR ETN Botanika İnstitutu PHŞ-də Birləşmiş Həmkarlar Komitəsinin seçki iclası keçirilib. İclasda AR Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru Habil Qurbanov, İnstitutun rəhbərliyi və əməkdaşları iştirak ediblər.

İclas zamanı Həmkarlar Komitəsinin yeni tərkibi müəyyənləşdirilib. Səsvermənin nəticələrinə əsasən İnstitutun Həmkarlar Komitəsinin sədri vəzifəsinə biologiya üzrə fəlsəfə doktoru, dosent Eldar Əliyev seçilib.