World Urban Forum 13 çərçivəsində keçirilən “Qlobal Koalisiyaların Mərkəzində Mənzil” adlı tədbirdə Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimayi Birliyinin birgə təşkilatçılığı ilə hazırlanan “Urban ekosistemlərinin yaşıllaşdırılmasında innovativ idarəçilik və bitki biomüxtəlifliyinin davamlılığı” adlı sərgi nümayiş olunub.
Sərgidə gənc mütəxəssislər tərəfindən hazırlanmış urban yaşıllaşdırma, ekoloji dizayn və dayanıqlı şəhər mühiti ilə bağlı müxtəlif vizual nümunələr tədbir iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, sərginin nümayişi WUF13 çərçivəsində keçirilən tədbirlər müddətində davam edəcək.