Arxiv
Botanika İnstitutunun alimi professor elmi adına layiq görülüb
03.07.2026

AR ETN Botanika İnstitutunun Geobotanika laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Naibə Pirverdi qızı Mehdiyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyun 2026-cı il tarixli qərarı ilə elmi fəaliyyətinə görə biologiya elmləri sahəsinin 2417.01 – "Botanika" ixtisası üzrə professor elmi adı verilmişdir.

Naibə Mehdiyevanın çoxillik elmi fəaliyyəti, botanika elminin inkişafına verdiyi töhfələr və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətləri ona professor elmi adının verilməsi ilə öz təsdiqini tapmışdır.

Botanika İnstitutunun kollektivi adından Naibə xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.