Arxiv
Doktorant və dissertantların illik attestasiyası keçirilib
14.07.2026

AR ETN Botanika İnstitutunda doktorant və dissertantların 2025–2026-cı tədris ili üzrə illik attestasiyası keçirilib.

Attestasiya İnstitutun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayevanın sədrliyi ilə təşkil olunub. Attestasiya Komissiyasının üzvləri doktorant və dissertantların dissertasiya işlərinin mövcud vəziyyəti və elmi nəticələri ilə tanış olublar.

İclasda həmçinin təhsilini başa vuran, lakin hələ müdafiə etməyən sabiq doktorant və dissertantların müvcud problemləri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Sonda Attestasiya Komissiyasının üzvlərinin təklif və tövsiyələri dinlənilib, fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş və dissertasiya işləri qənaətbəxş hesab edilən doktorant və dissertantların müdafiəyə buraxılması qərara alınıb.