Arxiv
Qarabağ və Şərqi Zəngəzurun flora müxtəlifliyi üzrə monitorinqlərin nəticələri açıqlanıb-AZƏRTAC
17.07.2026

Herbari fondunda Qarabağdan toplanmış 10 min 935 herbari nümunəsi qorunur. İşğaldan azad edilmiş ərazilərdə aparılan son monitorinqlər göstərir ki, bir sıra bitki növləri ciddi zərər görsə də, geofit bitkilərin böyük hissəsi həyat qabiliyyətini saxlayıb.

Alim bildirib ki, işğaldan əvvəl Qarabağın müxtəlif rayonlarından – Şuşa, Laçın, Cəbrayıl, Ağdam və digər ərazilərdən toplanmış 10 min 935 herbari nümunəsi hazırda herbari fondunda qorunur və regionun bitki müxtəlifliyini öyrənmək üçün mühüm elmi baza rolunu oynayır. İşğaldan azad olunmuş ərazilərdə son illər ərzində institutun əməkdaşları tərəfindən müxtəlif mövsümlərdə ekspedisiyalar və müqayisəli monitorinqlər həyata keçirilib. Tədqiqatların məqsədi tarixi herbari materialları ilə mövcud flora vəziyyətini müqayisə edərək bitki müxtəlifliyində baş vermiş dəyişiklikləri qiymətləndirmək olub.

Müsahibimiz qeyd edib ki, monitorinqlərin nəticələrinə görə, işğal dövründə bir sıra bitki növlərinə ciddi ziyan dəyib və bəzi növlər əvvəl qeydə alındıqları ərazilərdə artıq müşahidə edilmir. Bununla yanaşı, geofit bitkilərin – soğanaqlı, kökümsovlu və kökyumrulu növlərin əksəriyyəti torpaqaltı orqanları sayəsində həyat qabiliyyətini qoruyub saxlayıb. Tədqiqatlar, həmçinin göstərir ki, daha çox zərər bəzi ağac və hündürboylu ot bitkilərinə dəyib. Əldə olunan nəticələr Qarabağ və Şərqi Zəngəzurun flora müxtəlifliyinin bərpası, biomüxtəlifliyin qorunması və gələcək elmi tədqiqatların planlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

 AZƏRTAC