Arxiv
Botanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə qəbul imtahanı keçirilib
11.09.2026

AR ETN Botanika İnstitutunda 2026/2027-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə qəbul imtahanı keçirilib.

İmtahan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2026-cı il tarixli 320s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara  qəbul” əmrinə əsasən təşkil olunub.

Qəbul imtahanında fəlsəfə doktoru hazırlığı üzrə xarici dil və fəlsəfə fənlərindən imtahanları uğurla keçmiş namizədlər iştirak ediblər. Namizədlər “Botanika” – 2417.01 və “Bioloji ehtiyatlar” – 2432.01 ixtisasları üzrə imtahan veriblər. Nəticələr imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilib.