Arxiv
Botanika İnstitutunun Elmi Şurasının iclası keçirilib
28.10.2026

AR ETN Botanika İnstitutunun Elmi Şurasının növbəti iclasında elmi müəssisənin fəaliyyətinə dair bir sıra məsələlər müzakirə olunub.

İclası giriş sözü ilə açan İnstitutun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva gündəlikdə olan məsələlər barədə şura üzvlərinə məlumat verib.

 S.İbadullayeva Bitki müxtəlifliyi və tətbiqi tədqiqatlar mərkəzinin aparıcı elmi işçiləri dosent Tofiq Sadiqovu 80, dosent Mehriban Qafarovanın 70 və Texniki iş sektorunun əməkdaşı Vüqar Əliyevin isə  50 illik yubileyləri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda gündəliyə uyğun olaraq laboratoriyaların 2026-cı il üçün yekun hesabatına dair məsələlər müzakirə edilib, yekun qərarlar qəbul olunub.

Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.